Hakim meydana vərəqəsiz çıxdı
15.04.2013 - 23:15
Türkiyə Superliqasının XXIX turu çərçivəsində “İnönü” stadionunda keçirilən “Beşiktaş” - “Antalyaspor” matçının ikinci hissəsində maraqlı bir hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 51-ci dəqiqəsində oyunun baş hakimi Mete Kalkavan qonaq komandanın müdafiəçisi Əmrə Güngörə sarı vərəqə göstərmək istəyərkən, cibində vərəqələrin olmadığını görüb.
Daha sonra referi 4-cü hakimin yanına gedərək, onun vərəqələrini alıb. Bundan sonra meydana geri qayıdan Kalkavan Əmrəni sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Beşiktaş” - “Antalyaspor” görüşü ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

0
0