Məlikov və İsayevin komandasının baş məşqçisi istefa verdi
16.04.2013 - 00:01
Məlikov və İsayevin komandasının baş məşqçisi istefa verdi
Azərbaycanlı futbolçular – Rail Məlikov və Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvənt istefa qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Turan”ın sabiq çalışdırıcısının bu qərarını Dənizli klubunun rəhbərliyi də qəbul edib.

“Denizlispor”un rəsmi saytının xəbərinə görə, rəhbərlik Dərvəntə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar diləyib.

Lakin hələlik Dənizli təmsilçisinin yeni baş məşqçisi müəyyənləşməyib.

Qeyd edək ki, Məlikov və İsayevin komandası 30 oyundan sonra 33 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində yer alır.