Əvəzedicilərin oyun cədvəli açıqlandı
16.04.2013 - 01:00
Əvəzedicilərin oyun cədvəli açıqlandı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında XXVII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun görüşləri 18-20 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, bütün matçlar saat 16:00-da başlayacaq.


18 aprel (cümə axşamı)
16:00. “Kəpəz” – “Turan”
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu

16:00. AZAL – “Rəvan”
“AZAL Arena” stadionu

19 aprel (cümə)
16:00. “İnter” – “Simurq”
“Şəfa” stadionu

20 aprel (şənbə)
16:00. “Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. “Neftçi” – “Qəbələ”
“Dalğa Arena” stadionu

16:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu