Təmsilçilərimizin yeni çalışdırıcısı Tayfur Havutçu?
16.04.2013 - 03:10
“Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvəntin istefasından sonra rəhbərlik yeni çalışdırıcı axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı komandanın “sükanı arxası”na 3 mütəxəssisin adının hallandığını iddia edir.
Hətta iddiaya görə, Dənizli klubu “Beşiktaş”ın sabiq baş məşqçisi Tayfur Havutçuya rəsmi təklif də göndərib. Bu çalışdırıcı ilə razılıq əldə olunmadığı təqdirdə, “xoruzlar” Hakan Ünsal və ya Ziya Doğan ilə danışıqlara başlanılacaq.
Qeyd edək ki, “Dənizlispor”un heyətində azərbaycanlı futbolçular - Rail Məlikovla Arif İsayev çıxış edir.

0
0