Ukrayna Kamerunla yoldaşlıq matçı keçirəcək
16.04.2013 - 04:06
Ukrayna Kamerunla yoldaşlıq matçı keçirəcək
Ukraynanın milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Çernoqoriya ilə qarşılaşmadan öncə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, ukraynalılar Kamerunun yığması ilə üz-üzə gələcək.

Ukrayna millisinin Afrika komandası ilə keçiriləcək matçı iyunun 2-də Kiyev şəhərində nəzərdə tutulub.

Qeyd edək ki, ukraynalıların Çernoqoriya yığması ilə matçı iyunun 8-də baş tutacaq.