“Qalatasaray”ın hücumçusu “Golden Foot”a namizəd seçildi
16.04.2013 - 05:42
Avropa futbolunun ən prestijli mükafatlarından olan “Golden Foot” (Qızıl ayaq) üçün namizəd futbolçuların adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bütün dünyada idman mediasını təmsil edən jurnalistlər tərəfindən təyin olunan namizədlər arasında, qış transfer dövründə “Qalatasaray”a keçən məşhur ulduz oyunçu Didye Droqba da iştirak edir.
“Cim-Bom”un hücumçusu ilə yanaşı, 2013-cü ilin ən yaxşı futbolçuları siyahısında Kriştiano Ronaldo, Andres İnyesta, David Trezeqe, Frenk Lempard, Samuel Eto’o, İker Kasilyas, Miroslav Kloze, Andrea Pirlo və Devid Bekhem də yer alır. Fransada reallaşdırılacaq mükafatlandırma mərasiminin hələlik dəqiq vaxtı bilinməsə də, səsvermələrə artıq start verilib. Oktyabr ayının 9-da isə səsvermə başa çatacaq.
Qeyd edək ki, 2003-cü ildən bu yana təşkil edilən “Golden Foot” mükafatının son sahibi PSJ-nin futbolçusu Zlatan İbrahimoviçdir.

0
0