Abidal xərçənglə olan mübarizəsindən danışdı
16.04.2013 - 06:14
“Barselona”nın müdafiəçisi Erik Abidal xərçənglə olan mübarizəsində yaşadığı müddət haqqında və keçirdiyi əhəmiyyətli əməliyyatlar barədə açıqlama verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı oyunçu Fransa televiziya kanallarının birinə müsahibəsində, ölməyi və ölümü heç vaxt düşünmədiyini bildirib.
Abidal çox acı çəkdiyini ifadə edib: “Ölməyi və ölümü heç vaxt düşünmədim. Çünki o Allahın bir qərarıdır. Çəkdiyim ağrılar çox idi və 19 kilo çəki saldım. Qısa müddətdə 4-5 cərrahiyə əməliyyatı olundum. O qədər çox acı çəkirdim ki, həkimlərdən məni yatırmaqlarını istədim”.
Qeyd edək ki, Erik ötən ilin aprel ayında qaraciyərindən cərrahiyə əməliyyatı olunub. Bir ildən çox yaşıl meydanlardan uzaq qalan Abidal, həsrət qaldığı formasına 406 gün sonra “Malyorka” matçı ilə qovuşmuşdu.

0
0