Neymar “Barselona” ilə maraqlanmır
16.04.2013 - 06:40
Neymar “Barselona” ilə maraqlanmır
Adı tez-tez “Barselona” ilə anılan “Santos”un ulduz futbolçusu Neymar haqqında çıxan transfer xəbərlərinə cavab verib. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu Kataloniya təmsilçisinə keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Neymar Avropaya getməyə ehtiyacının olmadığını bildirib: “Barselona” ilə maraqlanmıram. Onlar böyük bir klub ola bilər, ancaq mən “Santos”da çox xoşbəxtəm. Komandam məni buraxmaq istəmirlər. Avropaya getməyə ehtiyacım yoxdur”.

Qeyd edək ki, 21 yaşlı oyunçu 2009-cu ildən “Santos”un şərəfini qoruyur. O, çıxdığı 102 matçda rəqib qapılarına 54 qol vurub.