“Xəzər Lənkəran” azarkeşlərinə heyran qalan məşhur - FOTO
16.04.2013 - 09:22
“Xəzər Lənkəran” azarkeşlərinə heyran qalan məşhur - FOTO
“Simurq” klubunun sabiq baş məşqçisi Sergey Yuran “Xəzər Lənkəran” azarkeşlərinə heyran qalıb. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Lənkəranda keçirilən oyunlar zamanı meydan sahiblərinin güclü azarkeş dəstəyinə malik olduğunu bildirib.

“Lənkəran İrana yaxın ərazidə yerləşir. Orda əsl futbol stadionu var, azarkeşlər öz komandalarına məftundurlar, həddindən artıq sevirlər. Lənkəran Moskva və ya Sankt-Peterburq deyil, ancaq orda yetərincə yaxşı azarkeşlik edirlər. Teatrlar və italyan mətbəxi ilə bağlı hər şey qaydasında deyil. Hərçənd yerli mətbəx çox dadlıdır – kabab, qoyun əti. Ancaq belə qida ilə diqqətli olmaq lazımdır” – deyə, Yuran qeyd edib.

Ötənlərin məşhur futbolçusu meydançaya 5 ballıq şkala ilə 4 verib: “Eşidəndə ki, süni qazonlar da var, buna təəccübləndim. Məsələn, Bakı stadionunda. Niyə? Deyirlər, dəniz yaxındır, duz qazonu “yeyir”. Buna görə onu az qala hər il dəyişməli olursan. Mən dağlara yaxın olan şəhərdə işləyirdim ki, ora meydança təbiidir”.