“Neftçi” – “Qarabağ”: Yenə qalmaqal düşəcəkmi?
16.04.2013 - 10:06
Azərbaycan kubokunda mübarizə yarımfinal mərhələsi ilə davam edəcək. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək ilk oyunların hər ikisi Bakıda olacaq.
Mübarizəni davam etdirənlərdən hər biri kuboka sahib çıxıb. Sonuncu buna nail olan “Bakı”dır ki, onun “Xəzər Lənkəran”la duelinin həmişəki kimi maraqla keçəcəyi gözlənilir. Topaz Premyer Liqasının ötən turunda səfərdə heç-heçə edən komandalar bu zaman daha çox kubokda öz aralarındakı oyunu düşünürdülər. “Xəzər Lənkəran” rəqibindən fərqli, ikinci “altılıq”da çıxış etdiyi üçün çempionatdan Avropaya çıxmaq şansı yoxdur. Mükafatçılar sırasına düşəcəyi inandırıcı görünməyən “Bakı” isə daha 1 pillə irəliləyərək, 4-cü yerdə olmağa çalışır ki, bu, kubokun qalibindən asılı olaraq sonda qitə miqyaslı turnirə vəsiqə verə bilər. Ancaq istənilən halda, Avropaya ən real yol məhz ölkə kubokundan keçir ki, burada finalçı olmaq da Avropada oynamağa yetərlidir. Təbii ki, digər finalçının ölkə çempionu olması şərti ilə.
Lənkəran klubunun baş məşqçisi postuna martın 8-də təyin olunan Con Toşak həm Azərbaycan kubokunda debüt edəcək, həm də 1-ci “altılıq” iştirakçısı ilə dəfə üzləşəcək. Bu da təcrübəli mütəxəssis üçün ölkəmizdə ilk ciddi sınaq olacaq. Komandanı çıxardığı 3 oyunda uduzmayan, 1 dəfə qalib gələn, 2 dəfə heç-heçə edən Toşak paytaxtda ardıcıl 3-cü matç keçirəcək. Bunadək “Dalğa Arena”da “Kəpəz”lə “Turan”ın qonağı olan cənublular bu dəfə “Bakı”nın meydançasına çıxacaq. “Zolaqlılar” çempionatda burada 2:0 hesabı ilə yendiyi rəqibi ilə 1 həftə sonra səfərdəki cavab matçına rahat çıxmaq üçün mütləq üstünlük qazanmalıdır.
Digər cütlükdə isə vəziyyət o mənada fərqlidir ki, həm “Neftçi”nin, həm də “Qarabağ”ın qitə miqyaslı turnirə vəsiqə qazanacağı şübhə doğurmur. Hər 2 komanda çempionluq uğrunda mübarizə apararaq, ən pis halda medalçılardan biri olacaq. Yəni onlar ölkə kubokuna Avropaya vəsiqə yox, titul qazanmaq baxımdan yanaşırlar.
“Bakı” ilə “Xəzər Lənkəran” 2004-cü ildən bir-biri ilə üzləşirsə, “Neftçi” ilə “Qarabağ” 1992-ci ildən başlayan bütün milli çempionatlarımızın iştirakçısıdır. Onların tarixi derbisində son dueli böyük əks-səda doğurdu. Məhz həmin qalmaqallı oyunda baş verənlərdən sonra böyük məbləğdə cərimələnən “Neftçi” baş məşqçisi Böyükağa Hacıyevi 10 oyunluq cəza üzündən çempionatın sonuna kimi itirdi. İndi prinsipial rəqiblər qısa fasilədən sonra yenidən “Bakcell Arena”da üzləşəcək ki, Hacıyev komandasını oyuna çıxara biləcək. Bu da onunla əlaqədardır ki, Premyer Liqa ilə kubokun cəzaları bir-birinə şamil olunmur. Əvəzində “Neftçi” kubokda hələ 5 oyunluq cəzalı olan yarımmüdafiəçisi Cavid İmamverdiyevin xidmətindən istifadə edə bilməyəcək.
17 aprel
16:00. “Bakı” – “Xəzər Lənkəran”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
19:30. “Neftçi” – “Qarabağ”
Bakı. “Bakcell Arena” stadionu

0
0