Yarımfinal favoritləri
16.04.2013 - 10:30
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” “Qarabağ”la, “Bakı” isə “Xəzər Lənkəran”la qarşılaşacaq.
Dəfələrlə yarımfinala çıxmış bu 4 komanda üçün finalın astanasındakı mərhələ fərqli maneədir. Belə ki, hər cütdə bir tərəf yarımfinalda daha uğurla çıxış edir.
“Xəzər Lənkəran”la “Qarabağ” çıxış etdiyi 1/2 final mərhələlərinin yarısından çoxunda finala yüksələn tərəf olub. Onların rəqibləri olan paytaxt klubları isə bu göstəricidə 50 faizi keçmir.
Yarımfinalçılar arasında bu mərhələnin ən zəifi “Bakı”dır. “Zolaqlılar” 9-cu dəfədir bu mərhələyədək irəliləyib. Onlar əvvəlki 8 cəhddən yalnız 3-də, yəni 37,5 faizində finala yüksəlib.
Digər paytaxt klubunda isə bu rəqəm 50 faizə bərabərdir. 13-cü yarımfinalı ərəfəsində “Neftçi” 6 dəfə mübarizəni dayandırıb. Eyni sayda isə finala yüksəlib.
12-ci dəfə yarımfinalda mübarizə aparacaq “Qarabağ” 11 cəhddən 6-da, yəni təxminən 54 faizində mərhələ adlayıb.
Bu göstəricidə indiki “dördlüy”ün rekordu isə “Xəzər Lənkəran”a məxsusdur. Cənublular 7 dəfə oynadıqları yarımfinalın 4-də, təxminən 57 faizində finaladək irəliləyiblər.

0
0