AFFA-nın göndərdiyi kaset yoxa çıxıbmış...
16.04.2013 - 11:08
“Slovakiya ilə eyni qrupa düşdüyümüz zaman Azərbaycana kaset göndərməklə bağlı müraciət etdik. Onda bu ölkənin yığması slovakiyalılarla həmin seçmə mərhələdə oynamışdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Paxomov deyib.
Bakıda doğulan və “Neftçi”nin yetirməsi olan 70 yaşlı mütəxəssis uzun illərdir işlədiyi Rusiyada bir sıra yığmaları çalışdırıb.
Paxomov internetin zəif olduğu dövrdə Azərbaycandan - AFFA-dan kömək istədikləri vaxtda üzləşdikləri çətinliyi yada salıb. Onun sözlərinə görə, Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda Slovakiyaya rəqib olduqları zaman onun yığmamızla oyunlarının videokassetlərini izləməyi lazım biliblər.
Ancaq Azərbaycandan bunu vaxtında ala bilməməkləri işlərini çətinləşdirib: “İtkin düşən bu sirli kaset olayı zamanı internet elə də inkişaf etməmişdi. Buna görə rəqiblərə videokassetlərlə baxmalı olurduq. Özümüz yazırdıq, matçlara xüsusi insanlar yollayırdıq. Yaxud gələcək rəqibinlə kimsə oynayırdısa, onda bu ölkənin federasiyasına teleqram göndərərək, yazı ilə bağlı xahiş edirdik. Elə bizə də bu xahişlə dəfələrlə müraciət edən olub. Azərbaycan tərəfi müraciətimizi müsbət cavablandıraraq, kaseti poçtla göndərəcəyinə razılıq verdi. Bir, iki, üç gün, 1 həftə gözlədik – xəbər yoxdur. Zəng etdik, dedilər ki, göndərmişik. İtkin düşən kasetlər elə vaxtda gəlib bizə çatdı ki, artıq slovaklarla oynamışdıq. Nəticədə oyunlara rəqib haqda lazımı informasiya olmadan hazırlaşmalı olduq ki, biz də ümumi işin daha bir mənfi cəhəti idi”.

0
0