Finalın astanasındakı əcnəbilər
16.04.2013 - 11:15
Azərbaycan kubokunun sabah keçiriləcək yarımfinal oyunları 2 baş məşqçinin bu yarışın indiki mərhələsində debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Bakı”nın çalışdırıcısı Bojidar Bandoviç və “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak ilk dəfə ölkəmizdə finalın 1 addımlığında olacaq.
Bu mütəxəssislər Azərbaycanda kubokun yarımfinalında meydana komanda çıxaran ilk əcnəbilər deyil. Onlara qədər artıq 11 gəlmə çalışdırıcı buna nail olub.
Legionerlər arasında yarımfinal rekordu isə “İnter”in sabiq və indiki baş məşqçiləri – ukraynalı Valentin Xodukinlə gürcüstanlı Kaxaber Sxadadzeyə məxsusdur. Onların hərəsi 3 dəfə ölkəmizdə yarımfinal həyəcanı yaşayıb.
Daha 9 məşqçi isə bunu 1 dəfə bacarıb. Bunlar ukraynalılar Anatoli Konkov, Viktor Pasulko, İqor Nakoneçni, Anatoli Demyanenko, türkiyəlilər Cüneyt Biçər, Rasim Kara, makedoniyalı Qyoko Hacıyevski, latviyalı Aleksandr Starkov, rumıniyalı Mirça Rednikdir.
Serbiyalı Bandoviç komandasını 1/4 finala özü çıxarıbsa, uelsli Toşak Biçər kimi birbaşa yarımfinaldan mübarizəyə başlayacaq. Belə ki, “Xəzər Lənkəran”ı 1/4 finaladək Karles Martorell çalışdırırdı. Vaxtilə “Bakı”da da oxşar hadisə yaşanmışdı. Bülənt Korkmaz yarımfinala komanda çıxarsa da onu Biçər əvəzləmişdi. Həmin vaxt kuboku da məhz “Bakı” qazanmışdı. Yarımfinaldan əvvəl bir əcnəbi mütəxəssisi digəri ilə əvəzləmək kubokun qazanılması ilə nəticələnmişdi.

0
0