Azarkeşləri “Qəbələ”ni 7 min manat ziyana saldı
16.04.2013 - 11:56
Azarkeşləri “Qəbələ”ni 7 min manat ziyana saldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Qəbələ” – “Bakı” matçında meydan sahiblərinin 6, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Qarşılaşmanın 1 və 29-cu dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün meydan sahibləri daha 1000 manat ödəməli olacaq. Matçdan sonra təhlükəsizlik təmin olunmadığı üçün “Qəbələ” 5000 manat ziyana düşüb. Buna səbəb meydançaya azarkeş daxil olmasıdır. Bununla da Qəbələ təmsilçisinin 1 oyuna görə cərimələrinin məbləği 7000 manata çatıb.

“Simurq” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün Zaqatala təmsilçisi 2000 manat cərimə ödəyəcək.