“Qəbələ” yerli məşqçilərin üstündən xətt çəkdi
16.04.2013 - 12:48
“Baş məşqçi postuna namizədlərimiz var. Ancaq həmin şəxslərlə konkret danışıqlar aparmadığımız üçün ad çəkə bilmərəm. Yaxın vaxtlarda bundan xəbəriniz olacaq”. Bunu apasport.az saytına müsahibəsində “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Ramiz Məmmədovun istefasından sonra müvəqqəti olaraq komandanı Luis Araqona tapşıran “Qəbələ” rəhbərliyi bu postda əcnəbi çalışdırıcının olmasını istəyir. Nəcəfovun sözlərinə görə, komanda ilə adı çəkilən Ağasəlim Mircavadovla danışıqlar aparılması həqiqəti əks etdirmir: “Ağasəlim müəllim kifayət qədər təcrübəli məşqçidir, hörmət etdiyim insandır. Azərbaycanda 3-5 məşqçi varsa, bəlkə də o onların arasında təcrübəsinə görə birincidir. Ancaq bizə təqdim olunan siyahıdakı məşqçilər arasında onun adı yoxdur. Ümumiyyətlə, yeni məşqçi yerli olmayacaq. Deməzdim ki, komandaya gələcək məşqçi Con Toşak səviyyəsində tanınmış biri olacaq. Ancaq gətirəcəyimiz mütəxəssisin təcrübəli, başqa klublarda nəticə vermiş, uğur görmüş, potensialı olan məşqçi olmasını istəyirik”.
Yeni gələn məşqçi komandaya, mühitə uyğunlaşana kimi “Qəbələ”nin avrokuboklar sevdası boşa çıxa bilər. Bəs görəsən, rəhbərlik ispaniyalı çalışdırıcıya mövsümün sonuna kimi etimad bəsləyə bilərmi? Fariz bəyi dinləyək: “Luisə konkret deməmişik ki, sən 3 və ya 9 oyunda komandanı meydana çıxaracaqsan. Ola bilər ki, mövsümün sonuna kimi o, ola da bilər ki, yeni məşqçi komandanı çalışdırsın. Bizim hamımızın əsas hədəfi “Qəbələ”nin uğurudur. Hansı hal komanda üçün yaxşıdırsa, o məşqçi ilə də mövsümün sonuna kimi davam edəcəyik”.
Səbuhi TOFİQOĞLU

0
0