“Xəzər Lənkəran”ın 3 futbolçusu “Bakı”ya qarşı oynamayacaq
16.04.2013 - 14:29
“Xəzər Lənkəran” Azərbaycan kubokunda “Bakı” ilə ilk yarımfinal oyununa itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, cənublular səfər matçında 3 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, komandanın əsas müdafiəçilərindən olan ispaniyalı Alvaro Silva zədə üzündən oynamayacaq. Kənarda qalan yerli futbolçulardan yarımmüdafiəçi Elnur Abdullayev cəzalıdır. Hücumçu Ağabala Ramazanov isə hərbi xidmət çəkdiyinə görə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu saat 16:00-da başlayacaq.

0
0