Bu dəfə Gözələ söz atdı
16.04.2013 - 14:31
“Futbolçular meydana çıxanda onların rituallarına maraqla baxıram. Kimisi meydana əlini sinəsinə vuraraq xaç çəkir, kimisi mütləq sol (sağ) ayağını atır, kimisi yuxarı baxır, kimisi barmağını göstərir... Maraqlı inanclardır, hər biri də özünəməxsus”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “İnter” klubunun prezidenti Georgi Nikolova məxsusdur.
Nikolov bildirib ki, bu inancların köməyi məlum olmasa da, ən azından insanı rahatlaşdırır. Onun fikrincə, özünün də oyunlar zamanı inancı var: “Prezidentlər və digər funksionerlər də insandır. Mən tez-tez belə magiyalı rituallarda fikir tuturam. Məsələn, rəqib hücum edəndə, barmaqları birləşdirirəm. Öz-özümə deyirəm ki, “Kişi, bu, işləyir, bax – bizim komanda bu günə kimi cəmi 18 qol buraxıb. Artıq bəzi komandalar isə təntənə ilə şeypurlar çalmağa başlayıblar ki, biz çempion olacağıq... Məsləhət görürəm ki, tələsməyin! Arxı keçməmiş “hop” deməyin. Məsələn, son matçımız zamanı kimsə zərbədən əvvəl qol qışqırdı. Top dirəyə dəydi...”.
Nikolov klubun saytında yer alan yazısının sonunda beynində olan fikri qələmə alıb: “İlk “altılığ”ın sonuna 6 oyun qalıb, bunlardan hər biri 6 xallıqdır... Bu da sizin üçün 666. Numerologiya nöqteyi-nəzərdən yetərincə pis kombinasiyadır. Bəxt kiminsə təkərinə taxta qoyub, kiməsə bunu etməyə hazırlaşır. O, özünə hörmət edən qadın kimi dəyişkəndir. Yeri gəlmişkən, bu köşə yüz faiz zarafatdır. Ancaq insan onu döngədə nə gözlədiyini bilə bilməz”.
Qeyd edək ki, Topaz Premyer Liqasının son 3 turunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl apasport.az saytına müsahibəsində rəhbərlik etdiyi komandanın artıq çempionluq üçün yetişdiyini bildirmişdi. Görünür, Nikolov “artıq bəzi komandalar təntənə ilə şeypurlar çalmağa başlayıblar ki, biz çempion olacağıq” deməklə, “Qarabağ” rəsmisinin tələsdiyinə eyham vurub. Bundan əvvəlki yazısında isə Nikolov “Neftçi” klubuna “ilişmiş”di.

0
0