“Xəzər Lənkəran” 2 il əvvəlki uğurunu təkrarlamaq arzusunda
16.04.2013 - 15:50
Sabah Azərbaycan kubokunun ilk yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” aprelin 17-də “Bakı”nın qonağı olacaq. Bu görüş klubların ümumilikdə 32-ci qarşılaşması kimi tarixə düşəcək.
9 ildir davam edən rəqabətdə qələbə sayında paytaxt futbolçuları üstündür. Onlar 11, Lənkəran təmsilçisi isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran komanda 29 dəfə qapısında qol görüb.
Əvvəlki matçlardan 24-ü çempionat, 7-si kubok çərçivəsində olub. Kubokda paytaxt təmsilçisi 4, “Xəzər Lənkəran” 2 qələbəyə sevinib və 1 dəfə “sülh” bağlayıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7. Lakin bu 7 matçı özündə birləşdirən 4 dueldə hər komanda 2 dəfə qalib olub. 2006/07 və 2008/09 mövsümlərində duellər 1/4 finala təsadüf edib. Əvvəl “Xəzər Lənkəran” (2:0 və 0:1) 2 il sonra isə bakılılar (0:1, 2:2) mərhələ adlayıb. 2009/10 mövsümündə finalda 1:2 hesabı ilə uduzan lənkəranlılar növbəti il rəqibini dayandıra bilib. Həmin – 2 il əvvəlki duel indiki kimi yarımfinala təsadüf edib. Onda komanda səfər qolu ilə (1:0 və 1:2) mərhələ adlayaraq sonda 3-cü dəfə kubokun sahibi olub.
Son 3 ildə kuboku qazanan komandaların (2009/10 və 2011/12 mövsümlərində “Bakı”, 2010/11-də “Xəzər Lənkəran”) qarşılaşması “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. Komandanı 3 çempionat matçına çıxaran uelsli mütəxəssis 2 il əvvəl yarımfinalda “Bakı”nı udmaqla qazanılan kuboku yenidən Lənkərana gətirmək üçün daha 1 addımın atılmasına çalışacaq.
2004/05 22.08.2004 çempionat s 0:2
2004/05 23.02.2005 çempionat e 2:0
2005/06 22.08.2005 çempionat e 0:1
2005/06 17.02.2006 çempionat s 1:1
2006/07 26.08.2006 çempionat e 1:0
2006/07 26.02.2007 kubok s 2:0
2006/07 04.03.2007 kubok e 0:1
2006/07 17.03.2007 çempionat s 0:0
2007/08 04.11.2007 çempionat s 2:2
2007/08 04.05.2008 çempionat e 0:0
2008/09 26.10.2008 çempionat s 0:0
2008/09 25.02.2009 kubok e 0:1
2008/09 11.03.2009 kubok s 2:2
2008/09 18.04.2009 çempionat e 3:0
2009/10 25.11.2009 çempionat e 1:1
2009/10 29.11.2009 çempionat s 3:0
2009/10 11.04.2010 çempionat s 0:1
2009/10 15.05.2010 çempionat e 0:1
2009/10 23.05.2010 kubok n 1:2
2010/11 02.10.2010 çempionat e 1:1
2010/11 27.11.2010 çempionat s 1:1
2010/11 02.04.2011 çempionat s 0:0
2010/11 27.04.2011 kubok e 1:0
2010/11 04.05.2011 kubok s 1:2
2010/11 13.05.2011 çempionat e 2:0
2011/12 21.10.2011 çempionat s 2:2
2011/12 21.12.2011 çempionat e 3:0
2011/12 19.03.2012 çempionat e 0:1
2011/12 14.04.2012 çempionat s 1:4
2012/13 18.11.2012 çempionat s 0:2
2012/13 06.12.2012 çempionat e 1:1
Mənbə: lankaranfc.com

0
0