Fomenko vurur, ukraynalılar yazır
16.04.2013 - 16:46
Fomenko vurur, ukraynalılar yazır
Bakının “İnter” klubunun futbolçusu Yuri Fomenko Ukrayna mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ukraynalı hücumçunun Azərbaycanda göstərdiyi məhsuldarlıq bu ölkədən olan həmkarlarımızın gözündən yayınmayıb.

İlk “altılığ”ın 4 turundan sonra onun ən məhsuldar olması vətənində də qeyd olunub. Final mərhələsində komandasının qol vurduğu hər 3 matçda fərqlənən Yuri “altılığ”ın bombardirləri yarışında “Qarabağ”lı Riçard Almeyda ilə birlikdə liderlik edir. Hər 2 futbolçu final mərhələsinin ilk “altılığ”ında 3 qola imza atıb.

Qeyd edək ki, mükafatlar uğrunda mübarizədə daha 3 futbolçu 1-dən artıq qol vurub. Bunlar “Bakı”dan Marius Pena, “Qəbələ”dən Viktor Mendi və “Neftçi”nin üzvü Julius Vobaydır. Onların hərəsi 2 dəfə fərqlənib. İkinci “altılıq”da isə 3-dən də artıq qol vuranlar var.