Yığmamızın rəqibinə FİFA-dan dəstək
16.04.2013 - 17:59
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində yer aldığı F qrupunda kompensasiya məsələsi həllini tapıb. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya Futbol Assosiasiyası Rusiya Futbol İttifaqına millilərin martın 22-də Belfastda keçirilməli olan oyununun baş tutmağına görə təzminat ödəməkdən imtina etsə də, məsələ sonda həllini tapıb.
Belə ki, ruslar həmin vaxt yığmanın Belfasta uçmağı və qalmağına görə çəkdikləri xərcləri aprelin sonuna kimi qarşı tərəfdən almaq tələbi ilə çıxış edib. Britaniyalılar isə bu pulu verməyəcəklərini bəyan edib. İşə qarışan FİFA məsələnin həlli üçün rəqiblərimizə dəstək verib. Dünya futbol qurumu qaydalara əsasən məbləğin ödənməli olan 50 faizini ayın sonuna kimi Rusiya Futbol ittifaqının hesabına keçirməyi özü üzərinə götürüb.
Qeyd edək ki, FİFA Şimali İrlandiya – Rusiya oyununu avqustun 14-ə təyin edib.

0
0