Messi “Bavariya” ilə oyuna qədər tam hazır olacaq
16.04.2013 - 20:14
“Barselona”nın hücumçusu Lionel Messi Çempionların Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə keçiriləcək ilk oyuna qədər hazır olacaq. Apasport.az saytının məlumatına görə, aprelin 23-də Münhen şəhərində baş tutacaq matçda argentinalı futbolçunun meydana çıxması gözlənilir.
Komandanın həkimləri əmindirlər ki, onun zədəsi sözügedən görüşə qədər sağalacaq. Lakin 26 yaşlı forvardın İspaniya La Liqasının növbəti turunda “Levante” ilə oyunda forma geyinməyəcəyi bildirilir. Çünki onun “Bavariya” ilə matça tam hazırlaşmasının daha yaxşı olduğu ifadə edilir.
Qeyd edək ki, Messi Çempionların Liqasının ¼ final mərhələsinin PSJ (2:2) ilə ilk oyunda ayağından ciddi zədələnmişdi. Lionel həmin qarşılaşmanın cavab görüşündə isə meydana ikinci hissədə daxil olmuşdu.

0
0