“Ferqyusson məni komandadan qovardı”
16.04.2013 - 21:12
“Mançester Yunayted”in təcrübəli futbolçusu Patris Evra Robin van Persinin baş məşqçi Aleks Ferqyusson ilə birgə yaşadığı qol sevinci haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi Hollandiya yığma komandasının hücumçusunun İngiltərə Premyer Liqasının son turunda “Stok Siti” (2:0) ilə matçda vurduğu qoldan sonra Ferqyusson ilə birgə yaşadığı qol sevincini heç vaxt özünün etməyəcəyini bildirib.
O, futbolçu ilə məşqçinin bu hərəkətinə dair zarafatyana bir şərh də edib: “Bu qol sevincini bəlkə, komanda yoldaşlarım ilə yaşayardım. Amma Ferqyusson ilə heç vaxt olmazdır. Çünki o, olduqca yaşlıdır. Van Persinin etdiyi hərəkətdə yıxıla bilərdi. Yaşıl meydanlarda belə bir sevgi görmək, çox gözəldir. Mən həmişə demişəm ki, “Mançester Yunayted” böyük bir klubdur. Amma əgər mən Ferqyusson ilə bu şəkildə bir sevinc yaşasaydım, özü məni komandadan qovardı”.
Qeyd edək ki, Van Persi “Stok Siti” ilə matçın 66-cı dəqiqəsində fərqləndikdən sonra baş məşqçi Aleks Ferqyussonun yanına qaçaraq, onu qucaqlamışdı.

0
0