“Real” və Ronaldo cərimə zərbələrində liderdir
16.04.2013 - 22:10
“Real” və Ronaldo cərimə zərbələrində liderdir
“Real”ın mətbuat xidməti cari mövsümdə İspaniya çempionatında cərimə zərbələrindən daha çox fərqlənən klubu və oyunçuları araşdırıb. Apasport.az saytının məlumatına görə, bu göstəricidə Madrid təmsilçisi liderdir.

Həmçinin futbolçular arasında da “Kral klubu”nun hücumçusu Kriştianu Ronaldo bütün rəqiblərindən öndədir. İkinci yerdə isə klublardan “Barselona” və oyunçulardan “Betis”in futbolçusu Eçebariya Benyat qərarlaşır.

Klublar: 1. “Real” - 4 qol; 2. “Barselona” - 3; 3. “Betis” - 2; 4. “Rayo Valekano” - 2; 5. “Hetafe” - 2; 6. “Deportivo” – 2.

Oyunçular: 1. Kriştianu Ronaldo (“Real”) - 3 qol; 2. Eçebariya Benyat (“Betis”) - 2; 3. Lionel Messi (“Barselona”) – 2.