“İnter” və “Mançester Siti” İsko üçün mübarizə aparacaq
16.04.2013 - 22:38
“İnter” və “Mançester Siti” İsko üçün mübarizə aparacaq
Bu mövsüm “Malaqa”da göstərdiyi oyunu ilə diqqət çəkən İsko Suares Avropanın nəhəng klublarının maraq dayəsinə düşüb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçunu həm “Mançester Siti”, həm də “İnter” heyətində görmək niyyətindədir.

Yayda bu komandalar gənc yarımmüdafiəçini əldə etməyə çalışacaqlar. Onun transfer dəyəri isə 25 milyon avro təşkil edir.

Qeyd edək ki, İsko cari mövsümdə “Malaqa”nın heyətində 38 oyunun hamısında forma geyinib və 11 qola imza atıb.