PSJ-nin yeni hədəfi fransalı futbolçulardır
16.04.2013 - 23:00
PSJ-nin yeni hədəfi fransalı futbolçulardır
PSJ yeni mövsümdə heyətini daha da gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Paris klubu fransalı futbolçuları komandaya cəlb etmək istəyir. Bu haqda klubun idman direktoru Leonardo Araujo deyib.

“Milan”ın sabiq baş məşqçisi İspaniya və İngiltərə çempionatlarında çıxış edən təcrübəli oyunçuları PSJ-də görmək istədiyini bildirib: “Transfer mövsümü açılır. Əvvəlcə İspaniya və İngiltərəyə diqqətimizi yönəldəcəyik. Amma keyfiyyətli bir fransalı futbolçunu komandada görmək xoşumuza gəlir. Bəhs etdiyim şəxs Benzema deyil, Samir Nəsri, Frank Riberi və ya Yohan da ola bilər. Lakin dəqiq heç bir şey yoxdur. Nəticədə, hələ bu adların heç biri ilə əlaqə saxlamamışıq”.