Dərvənt təmsilçilərimizlə vidalaşdı - FOTOSESSİYA
16.04.2013 - 23:29
Azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor”un istefa verən sabiq baş məşqçisi Səlahəttin Dərvənt komandanın üzləri ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, növbəti turun “Manisaspor”la matçının hazırlıqlarından sonra Dərvənt əvvəlcə klubun idarə heyəti və ardınca futbolçularla görüşüb.
Daha sonra isə o, bu komandada gözəl günlər keçirdiyini, klubun idarə heyəti və oyunçulara öz təşəkkürünü bildirib. Söhbətin ardınca isə Dərvəntə güllər verilib və xatirə şəkilləri çəkdirilib.
Daha sonra isə o, bu komandada gözəl günlər keçirdiyini, klubun idarə heyəti və oyunçulara öz təşəkkürünü bildirib. Söhbətin ardınca isə Dərvəntə güllər verilib və xatirə şəkilləri çəkdirilib.
0
0