“Mançester Siti” və “Çelsi” sevindi, “Mançester Yunayted” xal itirdi
18.04.2013 - 01:16
“Mançester Siti” və “Çelsi” sevindi, “Mançester Yunayted” xal itirdi
İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” evində “Uiqan”la, “Mançester Yunayted” səfərdə “Vest Hem”lə və “Çelsi” isə “Fulhem”lə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada “şəhərlilər”lə “zadəganlar” qələbə qazanıb. Bunlardan fərqli olaraq lider “qırmız şeytanlar” isə xal itkisi ilə üzləşib.

Qeyd edək ki, ötən gün “Arsenal” – “Everton” görüşündə qalib müəyyənləşməyib - 0:0.


İngiltərə Premyer Liqası
XXIX tur
16 aprel
“Arsenal” – “Everton” - 0:0

17 aprel
“Mançester Siti” – “Uiqan” - 1:0
Teves, 83

“Vest Hem” – “Mançester Yunayted” - 2:2
Vas Te, 17, Diame, 55 - Valensiya, 31, Van Persi, 77

“Fulhem” – “Çelsi” - 0:3
Luis, 30, Terri, 43; 71