“Bavariya”nın finaldakı rəqibi müəyyənləşdi
18.04.2013 - 00:39
Almaniya kubokunda yarımfinal mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, son matç günündə “Ştutqart” doğma publika önündə “Frayburq”u qonaq edib.
Görüşdə qapılara 3 qol vurulub. Əvvəlcə 9-cu dəqiqədə hesabı açan meydan sahibləri, 5 dəqiqə sonra qonaqların vurduğu topa üzülüb. Bundan sonra “Ştutqart” oyunda əzmkarlıq nümayiş etdirərək, meydandan qalib ayrılmağı bacarıb.
Beləliklə, “Frayburq”u 2:1 hesabı ilə məğlub edən “Ştutqart” adını finala yazdırıb. Həlledici mərhələdə isə onların rəqibi ötən gün “Volfsburq”u (6:1) darmadağın edən, Bundesliqada vaxtından öncə çempionluğunu rəsmiləşdirmiş “Bavariya” olacaq.
Almaniya kuboku
Yarımfinal
16 aprel
“Bavariya” – “Volfsburq” - 6:1
Mandjukiç, 17, Robben, 35, Şakiri, 50, Qomes, 80; 83; 86 - Dieqo, 45
17 aprel
“Ştutqart” – “Frayburq” – 2:1
Boka, 9, Harnik, 29 – Rozental, 14

0
0