PSJ mübarizəni dayandırdı
18.04.2013 - 03:00
Fransa kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə iki qarşılaşma baş tutub.
“Bordo” səfərdə “Lans”la üz-üzə gəlib. Qonaqlar görüşdən qalib ayrılaraq, finala vəsiqə qazanıb - 2:3.
Digər görüşdə isə “Evian” doğma azarkeşləri önündə ölkə çempionatının lideri PSJ-ni sınağa çəkib. Matçın əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıb. Əlavə dəqiqələrdə isə qalib müəyyənləşmədiyindən, komandalar penaltilər seriyasına ehtiyac duyublar və burada isə “Evian” daha yaxşı oynayaraq, adını yarımfinala yazdırıb.
Qeyd edək ki, ötən gün “Troye” “Nansi”ni 3:0, “Loryan” isə “Sent-Etyen”i 2:1 hesabı ilə məğlub edərək, yarımfinala keçib.
Fransa kuboku
1/4 final
16 aprel
“Troye” – “Nansi” - 3:0
Breşe, 52, Fossyure, 74, Kamyu, 81
“Sent-Etyen” – “Loryan” - 1:2
Obameyyanq, 74 - Bartelme, 44, Alyader, 90+3
17 aprel
“Lans” – “Bordo” - 2:3
Karrasso, 14-avtoqol, Berqdiş, 90 – Sertik, 59, Diabete, 81; 86
“Evian” – PSJ - 1:1 (pen-4:1)
Xəlifə, 44 – Pastore, 8

0
0