İlk görüşdə “Bakı” və “Neftçi” qalib gəldi
17.04.2013 - 20:27
İlk görüşdə “Bakı” və “Neftçi” qalib gəldi
Bu gün Azərbaycan kubokunda ilk yarımfinal oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak Azərbaycan kubokunda debüt edərək, ilk ciddi sınaq qarşısında olub.

Belə ki, Avropaya çıxmağa son şansı ölkə kuboku olan lənkəranlılar turnirə böyük önəm verərək, finala çıxmağa iddialı idi. “Bakı” rəqibindən fərqli, ilk “altılıq”da olsa da, çempionatda mükafat zonasından aralı olduğundan əsas gücünü kuboka saxlamışdı. Bu mənada Avroliqaya vəsiqəni ölkə kubokunda qazanmağa ümid edən komandaların maraqlı mübarizəsi gözlənilirdi.

Paytaxtda baş tutan görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanaraq, cavab oyuna üstünlüklə yollanmağı bacarıblar. Toşak isə Azərbaycan kubokunun debüt matçında məğlubiyyətlə üzləşib.

“Neftçi” ilə “Qarabağ” isə mövsümü “qızıl dubl”la başa vurmaq şansına malikdir. Hər halda, onların çempionluq şansı yetərincə yüksəkdir və ölkə kubokunu da qazanmaq mövsümü daha bir titulla bitirməyə imkan verir. Ancaq əzəli rəqiblər yarımfinalda üzləşdiyindən, birinin finala yolu bağlanacaq.

“Bakcell Arena” stadionunda baş tutan matçda bu dəfə “Neftçi” rəqibini məğlub edib.

Beləliklə, Topaz Premyer Liqasında bu mövsüm oynanılan 3 görüşdə “Qarabağ”a uduzan “ağ-qaralar” bunun əvəzini çıxmağı bacarıblar.


17 aprel
“Bakı” – “Xəzər Lənkəran” - 1:0
QOL: Marius Pena, 84
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“BAKI”: 1. Kamran Ağayev, 27. George Popxadze, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 14. Elvin Əliyev, 10. Lukas Mario Horvat, 7. Devidas Çesnauskis, 11. Elvin Məmmədov (k), 88. Cavid Hüseynov, 77. Aleksandr Soliç, 24. Marius Pena
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqez, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev, 22. Risto Ristoviç, 28. Ferdi Elmas, 5. Aqil Nəbiyev
Baş məşqçi: Bojidar Bandoviç

“XƏZƏR LƏNKƏRAN”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 21. Radomir Todorov, 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 30. Toni Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 35. Lusiano Olguin
Baş məşqçi: Con Toşak


“Neftçi” – “Qarabağ” - 2:1
QOLLAR: Araz Abdullayev, 63 (p); Bahodir Nasimov, 90 - Vüqar Nadirov, 55
Bakı. “Bakcell Arena” stadionu

“NEFTÇİ”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

“QARABAĞ”: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Telli, 25. Ansi Aqolli
Ehtiyat oyunçular: 89. Miro Vardoviç, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmaylıov, 32. Toğrul Bilallı, 55 Bədavi Hüseynov, 88. Kristian Torres
Baş məşqçi: Qurban Qurbanov