Dunqa üçün Azərbaycan nümunəsi
17.04.2013 - 08:49
Braziliya millisinin sabiq kapitanı və baş məşqçisi Dunqa karyerasını Afrikada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu il 50 yaşını qeyd edəcək mütəxəssis Uqanda yığmasının baş məşqçisi postuna dəvət edilib.
Belə bir tanınmış futbolçunun cəlb olunmasına uqandalı futbolçuların az qala hamısı münasibət bildirib. Yeda Muqalunun məsələyə baxışı isə fərqli olub. Afrikalı oyunçu Dunqa üçün Berti Foqtsun Azərbaycanda çalışmasını nümunə göstərib: “Dunqa kimi mütəxəssisin ölkəmizə gəlməsində pul amili heç də ilk sırada durmur. Gəlib məşqçilik praktikasını artıracaq. Niyə də Dunqa yığmamızda işləməsin? Necə olur ki, Berti Foqts Azərbaycan yığmasını çalışdırır”.
Qeyd edək ki, 1987-1998-ci illərdə Braziliya yığmasında oynamış Dunqa 91 matça 6 qol vurub. 1994-cü ildə dünya çempionu olarkən kuboku kapitan kimi başı üzərinə qaldıran yarımmüdafiəçi 2006-10-cu illərdə pentakampeonların çalışdırıcısı olub.

0
0