Milli komandamızın futbolçusu pula görə məşqi boykot etdi
17.04.2013 - 10:17
Türkiyə kubokunun yarımfinalında “Fənərbaxça” ilə qarşılaşacaq “Əskişəhərspor”da gözlənilməz hadisələr cərəyan edib. Apasport.az saytının məlumatına görə, dünən klubun bazasında 70 dəqiqəlik məşq etdikdən sonra futbolçular düşərgəni özbaşına tərk edərək evlərinə gedib.
Onların arasında milli komandamızın üzvü olan Ufuk Budak da var. Futbolçuların adəti üzrə oyuna kimi düşərgədə qalmamasının səbəbi isə onların klub rəhbərliyinə etiraz etmək niyyətini göstərməsidir. Belə ki, futbolçular onlara çatacaq pulları ala bilmədiyindən bu yola əl atmaq qərarına gəlib.
Qeyd edək ki, “Əskişəhərspor” – “Fənərbaxça” oyunu Bakı vaxtı ilə gün saat 23:15-də başlayacaq.

0
0