13, 11, 10... - STATİSTİKA
17.04.2013 - 12:20
FİFA hakimi Anar Salmanov Topaz Premyer Liqasında daha 1 rekord vurub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı referi XXVI turun “Qəbələ” - “Bakı” matçında 10 vərəqə göstərməklə 1 oyunda ən azı 10 futbolçunu cəzalandırmaq bacarığını nümayiş etdirib. O, meydan sahiblərinə 6, qonaqlara 4 sarı vərəqə verib.
Salmanov çempionatın cari mövsümündə 1 qarşılaşmada 10 və ya daha çox futbolçuya vərəqə verən yeganə hakimdir. Bu dəfəki görüş onun buna nail olduğu artıq 3-cü matçdır.
Salmanov XII turun “Turan” – “Simurq” oyununda 13 futbolçunu cəzalandırmışdı. Həmin görüşdə meydan sahiblərinin 4, qonaqların 9 oyunçusunu vərəqə ilə “təltif edən” hakim 3 dəfə birbaşa qırmızı göstərib.
XVIII turun “Sumqayıt” – “Kəpəz” qarşılaşmasında isə Salmanov 1 komandanı cəzalandırdı – 11 nəfəri. Bunlardan 4-ü meydan sahibi, 7-si qonaqların üzvü idi. Lakin gəncəlilərdən biri 3 vərəqə - 2 sarı və 1 qırmızı almışdı.
Mövsüm ərzində 1 dəfə 13, 1 dəfə 11 futbolçunu cəzalandıran FİFA referisi Qəbələdə 10-la kifayətləndi.

0
0