“Arşavinə həmin maaşı yalnız azərbaycanlılar təklif edər”
17.04.2013 - 12:13
Rusiya mətbuatında “Arsenal”ın futbolçusu Andrey Arşavinin yayda karyerasını harada davam etdirəcəyi müzakirə olunmaqdadır. Apasport.az-ın məlumatına görə, sports.ru saytının əməkdaşı Roman Mun qələmə aldığı yazıda həmyerlisinin karyerasını hansı ölkədə davam etdirə biləcəyinə öz prizmasından toxunub.
Munun sözlərinə görə, Arşavin artıq çoxdandır futbol oynamağı unudub və elə klublara keçməlidir ki, həmin klubun pulu az olsa da, o, aşağı səviyyəli çempionatın iştirakçısı olmasın: “Ümid edirəm ki, Arşavin yayda elə komandaya düşəcək ki, futbolun oyun olduğunu xatırlayacaq. Düzdür, bu zaman pul baxımından itirəcək. Ancaq istənilən halda, “Arsenal”da aldığı məvaciblə müqayisədə həmin maaşı ona yalnız azərbaycanlılar təklif edər”.
Qeyd edək ki, ötən ayın sonlarında Britaniya və Rusiya mətbuatı Andrey Arşavinin “Xəzər Lənkəran”dan təklif aldığını iddia etmişdi. Ancaq cənub klubu bu iddianın həqiqəti əks etdirmədiyini bildirmişdi.

0
0