Cihan Özkaraya şans verilmədi
17.04.2013 - 13:08
Cihan Özkaraya şans verilmədi
Milli komandamızın hücumçusu Cihan Özkara bu gün baş tutacaq “Trabzonspor”la Türkiyə kubokunun yarımfinalında ilk “11-lik”də olmayacaq. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız oyuna saatlar qalsa da, indidən ehtimallarını irəli sürməyə başlayıb.

Onların fikrincə, start heyətdə Cihan Özkaranın adı olmayacaq. Belə ki, baş məşqçi Rıza Çalımbay hücumçu qismində ilk dəqiqələrdən nigeriyalı Maykl Eneramoya güvənəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunda Özkaranın meydana nəticəyə uyğun olaraq sonradan daxil olması gözlənilir.