26 turda 65 dəfə və ya ən çox “qazanan” hakimimiz kimdir?
17.04.2013 - 13:25
26 turda 65 dəfə və ya ən çox “qazanan” hakimimiz kimdir?
Topaz Premyer Liqasının arxada qalan 26 turu ərzində 65 dəfə komandalardan biri sarı vərəqə limitini arxada qoyub. Apasport.az saytının hesablamalarına görə, artıq neçə mövsümdür 4 və daha çox sarı vərəqənin 1000 manat cərimə ilə nəticələnməsi 26 turda AFFA-ya 65 min manat qazandırıb.

Baş tutan 156 qarşılaşmada 9 hakim komandalardan hansınınsa 1000 manat ziyana düşməsinə səbəb olub. Bu göstəricidə ilk pilləni Anar Salmanov tutur – 14 dəfə. Premyer Liqada 19 matça baş hakim kimi təyinat alan FİFA referisi bununla da qonorarı “çıxarıb”.

Baş hakim kimi hər oyuna 700 manat verildiyindən, 19 görüşdə hakim 13300 qazanıb, əvəzində təkcə “sarı”lardan 14 min manat cərimə ilə nəticələnən vərəqələr göstərib. Elçin Məmmədov və Rəhim Həsənov da bu göstəricidə çox geri qalmır. Onların hər birinin üzündən 11 dəfə hansısa komanda 1000 manat ödəyib.

Fariz Yusifovun sarı vərəqələri AFFA-ya 9 min manat qazandırıb. Vüsal Əliyevlə Rauf Cabbarov hərəyə 6, Əliyar Ağayev 4, Elvin Əsgərov 3, Orxan Məmmədov cəmi 1 dəfə 4 və ya daha çox sarı vərəqə ilə fərqlənib.

Ümumilikdə isə baş hakimlərin 156 oyuna görə aldığı 109 min 200 manat qonorarın 65 min manatını klubların sarı vərəqə üzündən cərimələrindən çıxıb. Lakin klublar təkcə 1 maddə ilə cəzalanmır ki...