Azərbaycan çempionu karyerasını başa vurdu
17.04.2013 - 14:12
Azərbaycan çempionu olan latviyalı futbolçu Andrey Rubin karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, karyerasını son illərini ölkəmizə keçirən 34 yaşlı sol cinah yarımmüdafiəçi zədə üzündən yaşıl meydanda çıxışını başa vurmalı olduğunu bildirib.
“İnter”, “Qarabağ”, “Simurq”da oynayan Rubin ötən il Azərbaycandan gedəndən sonra yaşıl meydanda çıxış edə bilməyib: “Vəssalam, dizim artıq heç nəyə imkan vermir. Karyeramı bitirməyin əsas səbəbi budur. Ağrılar dayanmır. Gəzə bilirəm, ancaq futbolda bu, heç nəyə yaramır”.
Qeyd edək ki, 2008-ci ildə ölkəmizə gələn Andrey çempionatımızda bütün medal dəstlərini qazanıb. O, “İnter”lə qızıl və gümüş, “Qarabağ”la bürünc mükafatçı olub.

0
0