Millimiz Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək
17.04.2013 - 14:24
Millimiz Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyə millisi ilə 2 yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, aprelin 18-dən 25-ə qədər Bakıda toplanış keçəcək komandamız ayın 23-də və 25-də qonşu ölkədən olan həmyaşıdları ilə üz-üzə gələcək. “Bayıl Arena”da keçiriləcək hər 2 qarşılaşma saat 16:00-da başlayacaq.

Hazırlıq prosesi və yoxlama oyunlarında iştirak etmək üçün milliyə 22 futbolçu çağırılıb. Bunların 19-u yerli klubların üzvü, 3-ü isə xarici komandalarda çıxış edənlərdir: Sərxan Əhmədli, Əli Şirinov, Tural Osmanov, Oruc İsmayılov, Pilağa Mehdiyev, Emil Fərzəliyev, Ərziman Rizvanov (hamısı “Neftçi”), İsmayıl Muradov (“İnter”), Əli Hüseynov, Qara Qarayev (hər ikisi “Əlincə”), Yusif Cəfərov, Kamran Əliyev, Emil Əliyev, Əmrah Bayramov (hamısı “Bakı”), Kənan Rəfiyev (“Qəbələ”), Kamil Akimov, Ruslan Mirzəliyev, Ruslan Hacıyev, Nihad Tamazov (hamısı “Qarabağ”), Tusif Yaqubzadə (“Tambov”, Rusiya), Ruslan Əliyev (“Dinamo”, Sankt-Peterburq, Rusiya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).

Mənbə: affa.az