Millimiz Braziliyanın məşhur klubu ilə qarşılaşacaq
17.04.2013 - 16:09
Millimiz Braziliyanın məşhur klubu ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət yığma komandamız mayın 8-dən 14-nə qədər Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq ənənəvi VII "Prezident Kuboku" beynəlxalq turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

Komandaların qrupda tutduğu yerə müvafiq olaraq mayın 13-də final mərhələsinin oyunları keçiriləcək. Nikolay Adamın yetirmələri ilk dəfə bu turnirdə bir kluba qarşı mübarizə aparacaq. Bu, Braziliyanın məşhur “Botafoqo” klubudur.

Qrupların tərkibini və U-17-nin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
A qrupu: Gürcüstan, İran, "Botafoqo" (Braziliya), Azərbaycan
B qrupu: Qazaxıstan, Çin, Qırğızıstan, Türkmənistan

9 may, saat 13:00 Gürcüstan - Azərbaycan
10 may, saat 11:00 "Botafoqo" - Azərbaycan
12 may, saat 14:00 Azərbaycan - İran


Qeyd edək ki, Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.