Con Toşakın acı etirafı: "Bakı" bizə 4 qol da vura bilərdi
17.04.2013 - 17:32
“Komandamın çıxışından məyus oldum. Futbolçularımız ilk yarıda öz mövqelərində inamlı təsir bağışlasalar da, ikinci hissədə inamlı oynamadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
"Ağ-yaşıllar" bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Bakı" ilə qarşılaşdı. Toşak oyundan sonra təşkil olunan mətbuat konfransında 0:1 hesablı məğlubiyyətə belə şərh verib: “Bizim bəxtimiz gətirdi. Rəqib 3-4 qol da vura bilərdi. Lakin deyərdim ki, karyeramda Orxan Sadıqlı kimi inamlı qapıçı gördüm. Hesabın böyük olmamağında onun rolu əvəzsizdir. Məhz onun qurtarışları sayəsində ikinci oyunda mərhələ keçmək ümidimizi saxladıq”.

0
0