“Borussiya” kapitanı ilə müqaviləsinin müddətini uzatdı
17.04.2013 - 21:10
Dortmund “Borussiya”sının kapitanı Sebastyan Kel komandası ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı mərkəzi yarımmüdafiəçi daha 1 il alman klubunun şərəfini qoruyacaq.
Futbolçunun yeni müqaviləsi 2014-cü ilin iyununa qədərdir.
Qeyd edək ki, daha əvvəl Kel mövsümün sonunda karyerasını başa vurmaq fikrində idi. 2002-ci ildən dortmundluların heyətində çıxış edən Sebastyan 273 matçda forma geyinib və 23 qol vurub. O, 2007-ci ildən isə “Borussiya”nı meydana kapitan sarğısı ilə çıxarır.

0
0