Qurban Qurbanov: Bütün xırdalıqlara fikir vermişdik
17.04.2013 - 21:23
“Oyuna ciddi hazırlaşmışdıq, bütün xırdalıqlara fikir vermişdik, oyun istədiyimiz kimi gedirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Neftçi”yə 2:1 hesabı ilə uduzan ağdamlıların çalışdırıcısı, matçdan sonra təşkil olunan mətbuat konfransında məğlubiyyətə şərh verib: “Son dəqiqələrdə ikinci qolu buraxmaq istəməzdik. Cavab oyununa və Premyer Liqadakı növbəti oyunumuza hazırlaşacağıq. Çalışacağıq ki, belə səhvlər buraxmayaq”.

0
0