“Üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik”
17.04.2013 - 21:36
“Üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik”
“Hər iki komanda bir-birinə layiq rəqibdir. Kubok oyunu üçün belə hesab “sürüşkən”dir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”in baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli çalışdırıcı bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qarabağ” (2:1) üzərində qazanılan qələbəni dəyərləndirib: “Cavab qarşılaşmasında bu qələbənin ardını gətirməyə çalışacağıq. Əsas odur ki, “Qarabağ”la oyunlarda olan üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik. Oyun qrafiki sıx olsa da, qarşıdakı “Qəbələ” ilə oyunda da qalib gəlib, psixoloji səddi aşmağa çalışacağıq”.