“Dənizlispor”un prezidenti Məlikov və İsayevlə söhbət etdi - FOTOLAR
17.04.2013 - 22:12
“Dənizlispor”un prezidenti Məlikov və İsayevlə söhbət etdi - FOTOLAR
Azərbaycanlı futbolçular – Rail Məlikov və Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor”un prezidenti Süleyman Urkay bu gün komandanın düşərgəsini ziyarət edib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri komandanın növbəti tur çərçivəsində “Manisaspor”a qarşı məşqindən əvvəl futbolçularla söhbət edib.

Urkay komandasına güvəndiyini, lazım olan hər şeyi edəcəklərini və meydanda oyunçularına konsentrasiya olmalarını bildirib. O, ən qısa zamanda işlərin yoluna qoyulacağını və bu məsələdə heç kimin ən kiçik bir şübhəsinin olmamasını ifadə edib. Süleyman sonda “Manisaspor”la qarşılaşmada futbolçularına uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə PTT I liqasının XXX turu çərçivəsində “Karşıyaka”ya (1:2) uduzandan sonra Dənizlispor”un sabiq baş məşqçisi Səlahəttin Dərvənt istefa vermişdi. Ötən gün isə Dərvənt komandanın üzləri ilə vidalaşıb.