"Qarabağ" Anar Salmanovla "Neftçi"ni ələ saldı
17.04.2013 - 22:21
"Qarabağ" Anar Salmanovla "Neftçi"ni ələ saldı
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Qarabağ" hakimlikdən narazı qalıb. Apasport.az-ın xəbərinə görə, Ağdam təmsilçisi rəsmi saytında "ağ-qaralar"ın matçın baş hakimi Anar Salmanovun köməkliyi ilə qələbə qazandığını qeyd edib.

Belə ki, tarixi derbini oxucularına canlı mətn şəklində çatdıran Ağdam təmsilçisinin saytı yazını "Anar Salmanov - "Qarabağ" - 2:1" başlığı ilə yekunlaşdırıb.

Qeyd edək ki, "Neftçi" məğlub durumda olduğu vaxt Anar Salmanov 62-ci dəqiqədə "Qarabağ"ın qapısına şübhəli penalti təyin edib.