Hücumçumuz “18-liy”ə daxil edilmədi, komandası qazandı
17.04.2013 - 22:34
Hücumçumuz “18-liy”ə daxil edilmədi, komandası qazandı
Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” doğma publika önündə “Trabzonspor”la üz-üzə gəlib.

Matçda Sivas klubu rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdə, Özkara yenə “18-liy”ə daxil edilməyib.

Qeyd edək ki, Superliqanın XXIX turu çərçivəsində evdə “Gənclərbirliyi” ilə matçda baş məşqçi Rza Çalımbay Cihanı “18-liy”ə daxil etməmişdi.