Cihan Özkaranın çalışdırıcısı cəzalandırıldı
17.04.2013 - 23:52
Cihan Özkaranın çalışdırıcısı cəzalandırıldı
Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyun günündə millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Rza Çalımbay cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”la (2:1) qarşılaşmanın son 10 dəqiqəsində Çalımbay ilə matçın 4-cü hakimi Taner Gizlənci arasında müzakirə yaşanıb.

Bunu görən qarşılaşmanın baş hakimi Hüseyn Göçək Sivas klubunun çalışdırıcısının yanına gələrək, onu tribunaya göndərdiyini işarə edib. Lakin Rza referinin bu qərarına etiraz edib və meydandan çıxmayacağını bildirib. Daha sonra isə Göçək Çalımbayı razı salaraq, görüşü oyuna əlavə edilən 9-cu dəqiqədə başa çatdırıb.

Qeyd edək ki, Rza Çalımbayın belə etməsinin səbəbi, öz oyunçusuna əsəbiləşdiyi ifadə edilir.