Ufuk Budak heyətdən kənarda qaldı, komandası heç-heçə etdi
18.04.2013 - 00:14
Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” doğma divarlar arasında “Fənərbaxça”nı qəbul edib.
Ötən tur Superliqada rəqibinə məğlub olan (1:0) Əskişəhər təmsilçisi bu dəfə “sarı bülbüllər”lə heç-heçə edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Əskişəhərspor”un baş məşqçisi Ərsun Yanal Ufuk Budakı yenə “18-liy”ə daxil etməyib.

0
0