“Latsio” finalda “Roma” ilə qarşılaşacaq
18.04.2013 - 02:09
“Latsio” finalda “Roma” ilə qarşılaşacaq
İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “İnter” evində “Roma”nı sınağa çəkib.

Milan klubu ilk görüşdə səfərdə rəqibinə 1:2 hesabı ilə uduzduğundan, bu oyunda mütləq qələbə qazanmaq məcburiyyətində idi. Lakin “İnter” paytaxt təmsilçisi qarşısında yenə məğlubiyyətdən xilas ola bilməyib.

“Roma” Andre Stramaççoninin komandasını 2:3 hesabı ilə üstələyərək, finala keçib.

Qeyd edək ki, həlledici mərhələdə “Roma” yarımfinalda “Yuventus”u məğlub edən, əzəli rəqibi “Latsio” ilə qarşılaşacaq.


İtaliya kuboku
Yarımfinal (cavab oyunu)
17 aprel


“İnter” – “Roma” - 2:3 (ilk oyun – 1:2)
Conatan, 21, Alvares, 80 - Destro, 55; 69, Torosidis, 74