“Deportivo” mövsümün sonuna kimi müdafiəçisini itirdi
18.04.2013 - 04:41
“Deportivo” mövsümün sonuna kimi müdafiəçisini itirdi
“Deportivo”nun müdafiəçisi Karlos Marçena mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu İspaniya La Liqasının XXXI turu çərçivəsində “Levante” (4:0) ilə görüşdə zədələnib.

Ombasından ciddi zədələnən Marçena ən azı altı həftə sıradan çıxıb. Bu da o deməkdir ki, Karlos üçün mövsüm indidən başa çatıb.

Qeyd edək ki, Marçena cari mövsümdə “Deportivo”nun heyətində 22 matçda forma geyinib və rəqib qapılarından 2 top keçirib.